yaponiyanin-aparici-sirketleri-uber-e-1-milyard-dollar-yatirim-edecekler

Yaponiyanın aparıcı şirkətləri "Uber"ə 1 milyard dollar yatırım edəcəklər

Yaponiyanın “Toyota Motor”, “Denso”və “SoftBank Vision Fund” şirkətləri “Uber Technologies Inc”in pilotsuz avtomobillərin hazırlanması istiqamətində ixtisaslaşan bölməsinə 1 milyard ABŞ dolları investisiya edəcəklər.

İnsider.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən “Toyota” və “Denso” birgə 667 milyon dollar, “SoftBank Vision Fund” isə 333 milyon dollar yatırım edəcəklər.

Qeyd olunur ki, bununla yanaşı yaxın üç ildə pilotsuz avtomobillərin yaradılması üçün çəkilən xərcləri qarşılamaq üçün “Toyota” əlavə olaraq 300 milyon dollar yatırım edəcək.

Yeni investisiyaları nəzərə almaqla “Uber”in dəyəri 7,25 milyard dollar həcmində qiymətləndirilir.

©Finans