trampin-musaviri-fed-faiz-endirimine-dogru-hereket-edir

Trampın müşaviri: Fed faiz endiriminə doğru hərəkət edir

ABŞ Prezidenti Donald Trampın iqtisadi müşaviri Larry Kudlow (Lari Kudlou), Fed-in faiz endiriminə doğru hərəkət etdiyini düşündüyünü söyləyib.

İnsider.az xəbər verir ki, Kudlow, "Newsmax" televiziyasına verdiyi açıqlamasında, "Bu mənim fikirimdir. Federal maliyyələşmə faizi (Fed-in faizi) bir az yuxarıdır. Fed-in faiz endirməyə doğru hərəkət etdiyini hesab edirəm" deyib. 

Kudlow, Trampın Fed üzvlüyü üçün namizəd göstərməyi düşündüyü Stephen Moore-un (Stiv Mur) namizədlikdən çıxmaq planı olmadığını sözlərinə əlavə edib.

Kudlow, "Steve namizəd olaraq qalmağa davam edir. FBI və buna bənzər proseslərdən keçir. Sonra Senatın Bank Komitəsinin qarşısına çıxacaq" deyib.

Kudlow, digər tərəfdən, ABŞ iqtisadiyyatının birinci rübdəki böyüməsinin  3%-ə çox yaxın olduğunu bildirib.

©Marja