thomas-cook-un-almaniyadaki-toremesine-kredit-verilmesi-tesdiqlenib

"Thomas Cook"un Almaniyadakı törəməsinə kredit verilməsi təsdiqlənib

Avropa Komissiyası Böyük Britaniyanın müflis olmuş "Thomas Cook" şirkətinin Almaniyadakı törəməsi "Condor" şirkətinə yerli hökumətin 380 milyon avro kredit verməsi ilə bağlı qərarını təsdiqləyib.

İnsider.az xəbər verir ki, komissiya bu cür maliyyə dəstəyinin ictimai qaydalara uyğun olduğu, bunun sektordakı rəqabət mühitini pozmayacağı qənaətinə gəlib. 

Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələrin yerli şirkətlərə ictimai xarakterli dəstəyi ilə bağlı qərarların qəbulu Avropa Komissiyasının səlahiyyətindədir. 

Report