telebe-apple-dan-1-milyard-dollar-teleb-edir

Tələbə “Apple”-dan 1 milyard dollar tələb edir

Nyu-Yorklu tələbə üz tanıma sistemindəki xətaya görə məhkəmə yolu ilə “Apple”-dan 1 milyard dollar almağa hazırlaşır. Tələbəni şirkətin mağazalarından edilən bir sıra oğurluq hallarında ittiham edirdilər.

İnsider.az bu barədə “Bloomberg”-ə sitinadla xəbər verir.

Belə ki, 18 yaşlı Usman Bax ötən ilin noyabr ayında oğurluq silsiləsinin icrasında şübhəli qismində həbs edilmişdi. Həbs orderinə dair materiallarda, tələbənin sözlərinə görə, onun təsviri olmadığı foto şəkil hesaba alınmışdı. Bununla yanaşı, “360” telekanalı bildirir ki, Baxın ittiham olunduğu oğurluqlardan biri onun Nyu-Yorkda məzun gecəsində olduğu vaxt baş vermişdi.

Baxın sözlərinə görə, daha öncə o, öz tələbə sürücülük vəsiqəsini itirmişdi. Onun üzrəində şəkil olmasa da, iddiaçı hesab edir ki, vəsiqə həqiqi oğru tərəfindən tapıla və ya oğurlana və gələcəkdə “Apple” mağazalarında şəxsiyyət vəsiqəsi kimi istifadə oluna bilərdi. Nəticədə şirkətin istifadə etdiyi oğurluqda şübhəliləri izləyən üz tanıma sistemi səhvən Baxın adını cinayətkarın simasına calaya bilərdi.

Gənc oğlan qeyd olunan hadisə ilə əlaqədar yaranmış stress və çətinliklərin zərərini 1 milyard dollar məbləğində dəyərləndirib.

Samirə Məmmədova