resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin aprel ayının 22-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 19-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9105 manatda, rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 türk lirəsi isə 0,2915 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

 
Aprelin 19-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9105 manata, 1 rubl 0,0266 manata, 1 türk lirəsi isə 0,2917 manata bərabər idi.