en-yaxsi-smatfonlarin-reytinqi-tertib-edildi

Ən yaxşı smatfonların reytinqi tərtib edildi

ABŞ-ın “Business Insider” nəşriyyatı dünyanın 20 ən yaxşı smartfonlarının reytinqini tərtib edib. Siyahıda birinci yeri eyni adlı şirkətdən olan “OnePlus 6T” cihazı tutub.

İnsider.az bildirir ki, smartfon satışa 2018-ci ilin payızında çıxarılıb. Resurs bildirir ki, cihazda digər qadcetlərin bir çox müasir texnoloji xüsusiyyətləri – sukeçirməzliyi, həddən artıq genişbucaqlı obyektivi və ya simsiz şarjeri – yoxdur. Lakin cihazın gözəl görünüşü var və o, smartfonun bütün əsas funksiyalarını (çəkiliş, tətbiqlərin işə salınması və cəld şarj etmə) “həddən artıq yaxşı” yerinə yetirir. Bunddan başqa, cihaz 550 dollaradır. Bu da cihazı digər son nəsil smartfonlarından ucuz edir.

İkinci yerdə “Samsung”-dan “Galaxy S10e” yerləşir. Cihaz 7550 dollaradır və 2019-cu ilin mart ayında çıxıb. “Business Insider” qeyd edir ki, “möhtəşəm displeyli” və “əla kameralı” son “Apple” və “Android” smartfonları arasında qiymət – keyfiyyət nisbəti üzrə bu, ən yaxşı qadcetdir.

Üçüncü yerdə “Apple”-ın “iPhone XR”-ı qərarlaşıb. 2018-ci ilin payızına çıxıb, qiyməti 750 dollardır. Jurnal cihazı qiymətə görə “Apple”-ın son üç buraxılmış smartfon cərgəsindəki ən əlverişlisi adlandırır – çünki onun xüsusiyyətləri ümumiliyə analojidir.

Həmçinin, dördüncü yerdən başlayaraq azalmağa doğru, onluğa “Galaxy S10 Plus”, “Galaxy S10”, “Google Pixel 3” və “Pixel 3 XL” (hər ikisi 6-cı olub), “Samsung Galaxy Note 9”, “iPhone XS” və “iPhone XS Max” (hər ikisi 8-dir), “Samsung Galaxy S9 Plus” və “iPhone X” düşüblər.

Samirə Məmmədova