dunya-bankindan-azerbaycanda-udm-in-artim-proqnozu

Dünya Bankından Azərbaycanda ÜDM-in artım proqnozu

Təbii qaz ixracının artımı sayəsində Azərbaycanda orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək.

İnsider.az bildirir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatına əsasən xəbər verir.

Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 3,3% olacağını proqnozlaşdırır. Proqnoza görə, 2020-ci ildə ölkədə ÜDM 3,3%, 2021-ci ildə isə 3,7% artacaq. “Təbii qaz ixracının artımı sayəsində ölkədə orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək. Daxili tələbatın dəstəyi, real əmək haqqı və iqtisadiyyata kredit qoyuluşlarının inkişafının davam etməsi ilə qeyri-neft sektorunun istehsalı orta hesabla 3% artacaq. 2019-cu ildə minimum əmək haqqı və pensiyaların artması şəxsi istehlaka təkan verəcək. Davamlı iqtisadi artım, əlavə sosial ödənişlər və aşağı işsizlik səviyyəsi yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq”,- hesabatda qeyd edilib.

©Report