ceff-bezosun-amazon-sehmdarlarina-illik-mektubu-milyardliq-zererden-qorxmayin

Ceff Bezosun “Amazon” səhmdarlarına illik məktubu - Milyardlıq zərərdən qorxmayın

“Amazon”-un təsisçisi Ceff Bezos 2019-cu ilin aprelin 11-də şirkətinin vəziyyəti və onun planları barədə səhmdarlara illik məktub yollayıb.

İnsider.az-ın məlumatına görə, məktubda şirkətin  “eBay”-lə müqayisədə daha çox müstəqil satıcını necə cəlb etməyi, nəyə görə eksperimentlər nəticəsində milyardlarla itkilərin qaçılmaz olduğu və “Amazon”-un hansı yolla oflayn-riteyli zəbt etmək istəyi barədə danışılır.

“eBay”-lə müqayisə

2018-ci ilin 58% satışını “Amazon” onlayn satış platformasının malları təşkil edib. Şirkətin satışları 1999-cu ildəki 1,6 milyard dollardan 2018-ci ildə 117 milyard dollarına qədər artıb. Hər il ortalama satış artımı 25% olub.
Müqaisə üçün, bu zaman ərzində “eBay”-in satışları ortalama ildə 20% artım göstərib.

Bəs nəyə görə müstəqil satıcılar “eBay”-dənsə “Amazon” üzərindən daha yaxşı satış edə bilirlər?

“Amazon” onlara yarada və təklif edə biləcək ən yaxşı alətləri təqdim edib. Onlardan ən vacibləri – fulfilment və “Amazon Prime” cəld çatdırılma proqramıdır.

“Amazon Web Services”-in uğuru

“AWS”-in milyonlarla istifadəçisi arasında startaplar olduğu kimi, iri korporasiyalar, dövlət qurumları və qeyri-kommersiya şirkətləri də var.

Biz daima bu şirkətlərdə insanlara nəyin lazım olduğunu düşünürük və bir çox etdiklərimiz müştərilərimizi dinlədiyimizin üzərində qurulub. Onların istəkləri barədə soruşmaq, cavablarını dinləmək və lazım olanı necə səliqəli və cəld yaratmaq çox vacibdir (sürət biznes üçün mühümdür!).

Lakin bu kifayət deyil. Ən vacib şeylər istifadəçilərin bunun onlara lazım olduğunu bilmədiyi zaman yaranır. “AWS” də buna nümunədir.

Oflayn-riteyl planları barədə

Dünya riteylində “Amazon” hələ ki, kiçik oyunçu olaraq qalır. Çünki rəqiblərinin 90%-ə yaxın satışları fiziki mağazaların payına düşür. Şirkət uzun müddət adi mağazaların alıcılarını nə ilə cəlb edəcəyini düşünürdü və cavab “Amazon Go” şəklində tapıldı.

Burda şirkətin nöqteyi-nəzəri belədir – kassalardan, oflayn-mağazaların ən pis hissəsindən azad olmaq lazımdır. Qəliz iş idi, bir çox mütəxəssislərin cəlb edilməsi, fərdi kamera və alqoritmlərin tərtibatı lazım oldu. Lakin alıcıların reaksiyası mükafat oldu, bir çoxları “Amazon Go”-nu “magiya” kimi təsvir edir.

Uğursuzluqların mühümlüyü

Şirkətin artımı boyu hər şey, o cümlədən, onun uğursuz eksperimentləri də miqyaslaşmalıdır. Əgər onların ölçüləri artmırsa, demək ki, siz nəsə əhəmiyyətli bir şey yaratmırsınız.
Amazon “Fire” smartfonlarını və “Echo” səs ucaldıcını eyni vaxtda hazırlayırdı. Baxmayaraq ki, “Fire” iflasla nəticələndi, şirkət  “Echo”-nun və köməkçi “Alexa”-nın yaradılmasını tezləşdirən təcrübəyə sahib oldu.
Bütün bu zaman ərzində 100 milyondan çox “Alexa” cihazları satıldı. Bazarda isə 150 koməkçisi olan model var.

İşçilərin maaşları barədə

Ötən il şirkət ABŞ-da bütün əməkdaşlar üçün minimum əmək haqqını saatda 15 dollara kimi artırdı. Şirkətdə əmindirlər ki, bu, onlara xeyir verəcək, çünki onlar öz işçilərinə investisiya ayırırlar.
Lakin qərar buna görə alınmamışdı. Bezos yazır ki, onlar həmişə rəqabətcil əmək haqqı təklif ediblər və qərara gəliblər ki, lider olmaq zamanı gəlib çatıb: rəqiblərin çərçivəsini aşan əmək haqqını təklif etmək zamanıdır.

Bezosun sözlərinə görə, bugün o öz rəqiblərinə meydan oxuyur və istəyir ki, onlar öz işçilərinin minimum əmək haqqını saatına görə 15 dollara qaldırsınlar. Daha yaxşı olar ki, hətta onlar əmək haqqını 16 dollara çatdırıb “Amazon”-a meydan oxusunlar. Bu yarışadan hamı qazanacaq.

Samirə Məmmədova