bu-erazide-isiq-olmayacaq

Bu ərazidə işıq olmayacaq

Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

İnsider.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.