azerbaycan-bugda-idxalina-cekdiyi-xerci-65-artirib

Azərbaycan buğda idxalına çəkdiyi xərci 65% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91,131 mln. ABŞ dolları dəyərində 405,802 min ton buğda idxal edib.

İnsider.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,91 mln. dollar (65%) və 89,67 min ton (28,4%) çoxdur. 

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,9%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

©“Report”