zoom-isci-heyetinin-15-ni-ixtisar-edir

Zoom işçi heyətinin 15%-ni ixtisar edir

Video konfrans xidməti Zoom  işçilərinin 15% ixtisar edir.

Bunu Zoom şirkətinin Baş direktoru Erik Yuan bildirib.

"Biz çətin, lakin lazımlı qərarı verdik - komandamızı təxminən 15% azaldırıq və 1300 çalışqan, istedadlı həmkarımızla vidalaşacağıq",  - Yuan şirkətin saytında bildirib.

İxtisar edilən işçilər 16 həftə ərzində maaş, tibbi xidmət, son maliyyə ili üçün illik mükafat alacaqlar. Onlar həmçinin fərdi təlim və seminarlara çıxış əldə edəcəklər.

Həmçinin Yuan, gələn il maaşının 98% azalacağını və 2022-23-cü maliyyə ili üçün korporativ bonusdan imtina edəcəyini bildirib. Bundan əlavə, onun icraçı komandasının üzvlərinin baza maaşı 20% azalacaq və onlar da əvvəlki maliyyə ili üçün korporativ mükafat almayacaqlar.

Eyni adlı video rabitə xidməti olan Zoom Video Communications 2011-ci ildə yaradılıb.

Pandemiya zamanı Zoom-dan istifadə artmışdı.

Marja