zengilan-konulluleri-fealiyyete-baslayir-foto-video

Zəngilan könüllüləri fəaliyyətə başlayır - FOTO+VİDEO

Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.

Bu barədə olan məlumatları əlavə edilmiş fayllarda diqqətinizə çatdırırıq və geniş auditoriya kütlənizlə paylaşılmasında köməklik göstərməyinizi Sizdən xahiş edirik.