zakir-qaralovun-emisi-qizi-isden-cixarilib

Zakir Qaralovun əmisi qızı işdən çıxarılıb

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı  təsdiqləyib.

Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

APA