yeni-nazir-kollektive-teqdim-edildi

Yeni nazir kollektivə təqdim edildi

Bu gün yeni təyin edilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Naziri kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Rəşad Nəbiyev təyin edilib.