yasayis-ucun-en-bahali-olkelerin-top-10-u

Yaşayış üçün ən bahalı ölkələrin TOP-10-u

İnkişaf etmiş infrastrukturu olan ölkələrdə yaşam dəyəri olduqca yüksəkdir.

Daşınmaz əmlak qiyməti, ilkin tələbat üzrə nəqliyyat, kommunal xərclər və sərfiyyatlar daxil, bir neçə meyarlar əsasında hazırlanan reytinqi təhlil edək.

10.İrlandiya

Yüksək mühacir faizi yerli əhalinin gəlmələrə olan mehribanlığı və tolerantlığı ilə şərtləndirilib. Bir çoxlarını tibbi təminat cəlb edir. Həkim yardımını həm ödənişli, həm ödənişsiz əsaslarda əldə etmək olur. Bunula yanaşı, sığorta alışı mütləq deyil. Qiymətlər yaşayış yerindən asılı olaraq dəyişir. Dublində onlar orta hesabla əyalətdəkindən 5% yüksəkdir. Mərkəzdə kirayə mənzilin qiyməti təqribən ayda 1,5 min dollardır, qıraq yerlərdə isə 1,2 min dollara ev tapmaq olar. Şəxsi apartament 1 kv.m sahəsi 5,6-8 min dollara başa gəlir, daha bahalı evin dəyəri 1 kv.m üçün 12 min dollara qədər çatır. İrlandiyada hazırda uzanmış iqtisadi böhrandır, lakin minimal əmək haqqı həcmi azalmır və təxminən saatına 11 dollar edir. Üstəlik, ölkədə demokratik vergilər və yüksək sosial müavinətlər var. 2019-cu ildə pensionerlər dövlətdən ortalama 1,800 dollar alırlar.

9. Cənubi Koreya

Ölkədə yaşayış minimumu, məsələn, Rusiyadan təxminən 104% yüksəkdir. Şəhərdən asılı olaraq, studiya və ya kiçik bir otaqlı mənzil üçün 350 dollardan 880 dollara qədər ödəyirlər. Lakin hətta yerli sakinlər kirayə evlərə üstünlük verirlər. Çünki şəxsi evin qiyməti 1 kv.m üçün 4 min dollardan başlayır. Bahalı mənzilə olan qiymətlər isə hər 1 metr üçün 20 min dollar civarındadır. Ərzaq da ucuz deyil. Çörək 2 dollara, bir kilo alma isə 3 dollara başa gələcək. Cənubi Koreyada əmək haqları yüksəkdir, lakin işəgötürənlər iş axtaranların xarici görünüşünə böyük diqqət yetirirlər və rezümedəki şəkilə əsaslanaraq, mütəxəssisə imtina verə bilərlər.

8. Honkonq

Çinin inzibati rayonu ölkənin cənub-şərqində yerləşir və ayrıca dövlət kimi baxılır. Fiziki şəxslərin gəliri üzrə vergi burada 15% təşkil edir, lakin yumşaq stavka üzrə 7-17% civarında hesablanır. Ortalama maaşlar 2 min dollardan 3 min dollara qədər fərqlənir. Studiya-mənzil kirayəsi isə aylıq 1,8 min dollardan başlayır. Burada mənzil kirayələmək olduqca ucuzdur, çünki mənzil alqısı qiymətləri 1 kv. m üçün 20 min dollardan başlayır. Ən prestijli rayonlar adanın mərkəzindəki təpəliklər hesab olunur: Nikolson, Kemeron, Ostin və Kellet. Buradakı həyat Honkonq əhalisinin böyük hissəsi üçün əlçatmazdır. Məhz orada tarixdə ən bahalı iki mərtəbəli villa satılıb. Bu kiçik ev alıcıya 446 milyon dollara başa gəlib.

7. Danimarka

Danimarka sabit siyasi, iqtisadi və sosial sistemləri ilə məşhurdur. Bununla belə, vergi ödənişinə qədər orta aylıq gəlir burada təxminən 5 min dollar edir. Burada 0,33 litrlik su təqribən 3 dollar, bir litr süd paketi 2 dollardan azdır. Şəxsi ev almaq baha başa gəlir. Kvadrat metrin orta qiyməti 5 min dollar təşkil edir (qıraq yerlərdə bu məbləğ 1 kv.m üçün 3,5 min dollar azala bilər). Yeri gəlmişkən, əcnəbilər üçün əmlak alqısına vergi tətbiq olunur. Onlar dövlətə əmlakın ümumi dəyərindən 1% ödəməlidirlər. Ancaq bir nəfər üçün kiçik mənzili aylıq 950 dollara kirayələmək mümkündür.

6. Yaponiya

İri iqtisadi dövlət qazanca can atan mühacirləri cəlb edir. Əsasən də Yaponiyada İT sahəsinin mütəxəssisləri dəyərləndirilir. Ölkə elektronika istehsalı üzrə liderdir. Təxminən 378 min kv.km sahəsi olan dövlətdə 126 milyondan çox adam yaşayır. Kiçik ərazidə əhalinin durmadan artımı minimal sahəsi olan mənzil sayının artmasına gətirib çıxarıb. Tokioda xırda 1 otaqlı mənzil üçün kirayəçi ayda 1,3 min dollar ödəyir, şəxsi ev isə 10 dəfə baha başa gəlir. Orta əmək haqqı yüksək deyil – ayda təxminən 2 min dollar. Yerli ənənəvi ərzaqlar (lapşa, soya, balıq) o qədər də baha deyil, lakin bir kiloqram soğan üçün fəsildən asılı olmayaraq, 3-4 dollar ödəmək lazım gələcək.

5. Lüksemburq

Lüksemburq Qətərdən sonra dünyanın ən varlı ölkələri reytinqində ikinci yeri tutur. Şəhərin kənarında şəxsi ev 1 kv.m üçün 7,5 min dollardan başlayır, kiçik bir otaqlı mənzil kirayəsi isə ayda 1,2 min dollardan 1,65 min dollar arası fərqlənir. Restoranda nahar üçün qiymət 19 dollar, kapuçino üçün isə 3,5 dollardır. Amma fiziki şəxslərin gəliri üzrə vergisi 39% təşkil edir ki, bu da büdcədə özünü əhəmiyyətli şəkildə biruzə verir. Yüksək yaşayış qiymətləri gəlirlərlə kompensasiya olunur. Lüksemburqda Avropa İttifaqı üzrə ən yüksək əmək haqqı qeyd olunur – ayda təxminən 2370 dollar, orta əmək haqqı isə təqribi 4 min dollar təşkil edir. Bununla belə, ölkədə inflyasiya faktiki sıfırdır, işsizlik səviyyəsi isə ötən il əhalinin 6%-ə qədər azalıb.

4. Baham adaları

Bahamlarda istirahət uzun illər cah-cəlallı həyatı nəzərdə tutan sabit ifadədir. Yaşam səviyyəsi burada həqiqətən yüksəkdir, lakin bir çox digər inkişaf etmiş ölkələrdə olduğu kimi, məhsullar xaricdən idxal olunur. Əksəriyyəti brend və olduqca bahalıdır. Misal üçün, əgər siz qəlyənaltıya qayğanaq yeməyə öyrəşmisinizsə və hətta bundan cənnət adasında imtina etmək niyyətində deyilsinizsə, o zaman 10 ədəd yumurta sizə çox baha başa gələcək. Şəhərlərdə kommunal xidmət dəyəri orta statistik mənzilə görə ayda təqribən 300 dollar edir, kirayə ev üçün isə ayda 800-1200 dollar ödəmək lazım olacaq. Ancaq əvəzində şəxsi ev alqısı da 1 kv.m üçün 900-1600 dollara başa gələcək.

3. Norveç

BMT-nin 2018-ci ildə nəşr etdiyi Xoşbəxtlik haqda ümümdünya hesabatına müvafiq olaraq, Norveç sakinləri finlərdən sonra ikinci yerdədir.  Hesabatda ÜDM və vətəndaşların yaşayış səviyyəsi, sosial təminat, ölkə rəhbərinə inam həddi, uzunömürlülük və əhalinin azadlığı nəzərə alınıb. Xoşbəxtlik baha başa gəlir: Oslonun mərkəzində kirayə ev 1,2-1,6 min dollardır, şəxsi mənzilin kvadrat metri isə orta hesabla 6,5-9,5 min dollar edir. Orta əmək haqları da burada adama astronomik gəlir -  İT və neft emalı sənayesi sahəsindəki yüksək səviyyəli mütəxəssislər ayda 15-20 min dollar gəlirə arxalana bilərlər. Yüksək əmək haqları mağazalardakı qiymətlərlə tarazlanırlar – ölkə ərzağın böyük hissəsini idxal etmək məcburiyyətindədir.

2. İslandiya

Yerli sərt iqlim infrastrukturun fəal inkişafı üçün əngəl törətməyib. “Dünyanın qlobal indeksi – 2018” hesabatına müvafiq, hal-hazırda İslandiya dünyada ən təhlükəsiz ölkədir. Statistikada ekoloqiya, siyasi vəziyyət, sosial və iqtisadi meyarlar, ərazi xüsusiyyətləri nəzərə alınır. Bununla belə, burada yaşayış olduqca bahadır. Məsələn, restoranlarda ortalama iki nəfərlik biznes-lanç 100 dollardan çox başa gələ bilər. Mərkəzdə evin kvadrat metri 4-5 min dollar civarındadır, şəhər kənarında isə mənzili 1 kv.m üçün ortalama 3-4 min dollar ödəyib almaq olar. Mənzillər taunhauslar və şəxsi evlərdən ucuz başa gəlir, lakin məhz elə taunhauslar və şəxsi evlər burada çox populyardır və individual layihələr üzrə tikilir. Vergiqoyma İslandiyada birbaşa məşğulluq formasından asılıdır. QSC sahibləri dövlətə gəlirin 5%-ni, fərdi sahibkarlar isə gəlirin 38%-ni ödəyir.

1. İsveçrə

İsveçrə yaşayış üçün ən bahalı ölkələrin siyahısında artıq birinci il deyil ki, liderlik edir. 2019-cu ilin aprel ayına olan məlumatlara görə, şəhər mərkəzində şəxsi evin 1 kv.m burada 10-11 min dollara başa gəlir, şəhərdən kənar isə qiymətlər 8 min dollara yaxınlaşır. Kiçik kirayə ev üçün isə ayda təxminən 2 min dollar, şəhərdə parketmə yeri üçün isə illik 600-1000 dollar ödəmək lazımdır. Hətta bu cür bölgü ilə ölkə əhalisinin təxminən dörddə biri daimi yaşayış icazəsi olan gəlmələrdir. İsveçrədə maaşlar yüksəkdir, lakin gəlirin illik təqribən 25%-ni dövlətə ödəmək gərəkdir: pensiya fonduna, vergilərə və icbari sığortaya. Bununla belə, ölkənin bir çox yerli sakinləri ev almaqdansa, onu kirayələməyə üstünlük verirlər. Vergi və kredit üzrə ödəmələri nəzərə alaraq, bu, daha əlverişlidir.

Samirə Məmmədova