yaponiya-oz-raketlerinin-mesafeliliyini-iki-defe-artirmaga-qerar-verib

Yaponiya öz raketlərinin məsafəliliyini iki dəfə artırmağa qərar verib

Yaponiyanın Müdafiə Nazirliyi “yer-gəmi” sinfinə adi raketlərin məsafəliliyini iki dəfə artırmağı planlaşdırır. İnsider.az bu barədə “Sankei Shimbun”-a istinadla xəbər verir.

Resursun məlumatına görə, qurum bu raketlərin məsafəliliyini 400 km qədər artırmaq niyyətindədir.

Qeyd edilir ki, bu, Yaponiya hərbçilərinə Şərqi Çin dənizindəki strateji vacib olan boğazlar üzərində nəzarəti gücləndirməyə imkan yaradacaq.

Bununla yanaşı, Yaponiyanın Müdafiə Nazirliyi ölkənin HDQ təyyarələrini yenilənmiş raketlərlə 2022-ci ildə təchiz etməyi nəzərdə tutur.

Samirə Məmmədova