Avstraliyalı alimlər xroniki yorğunluq sindromunda beynin iş prosesindəki nöqtəvari mutasiyaları və nasazlıqları günahkar biliblər.
İnsider.az “Korrespondent”-ə istinadla bildirir ki, xəstəliyin əsas yaranma səbəbi mutasiyalar nəticəsində inkişaf edən təknukleotid polimorfizmlərin yüksək həddidir.
Xəstəliyin simptomları kimi yuxusuzluğu, yorğunluğu, baş ağrılarını və tez-tez olan spazmaları sadalayırlar.
Qeyd edək ki, daha öncə xroniki yorğunluq sindromunun qanın kimyəvi tərkibini dəyişdirdiyi deyilirdi.
Samirə Məmmədova