xacmazdaki-guclu-yangin-sonduruldu-yenilenib

Xaçmazdakı güclü yanğın söndürüldü - YENİLƏNİB

Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, FHN-in əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

11:30

Ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb.

Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir. Yanğınla mübarizəyə nazirliyin müvafiq qüvvələri, o cümlədən bir ədəd helikopteri cəlb olunub.