wti-markali-neftin-qiymeti-bahalasdi

WTI markalı neftin qiyməti bahalaşdı

"WTI" markalı neftin avqustda çatdırılma ilə fyuçers qiyməti 60 dollar/barrel həddini aşıb.

İnsider.az "Kommersant"-a istinadən xəbər verir ki, bu neftin qiyməti son dəfə belə səviyyəyə bu il mayın 23-də yüksəlmişdi.

"ICE" birjasındakı əməliyyatlarda neftin qiyməti 2,63% artaraq 60,05 dollar/barrel təşkil edib.

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 2,73% artaraq 66,56 dollara çatıb.

© Report.az