whatsapp-yeni-funksiyani-ise-salmagi-bacarmadi

“WhatsApp” yeni funksiyanı işə salmağı bacarmadı

“WhatsApp”ı bu qədər populyar edən tətbiqin mütəmadi olaraq yenilənməsidir. Amma bu dəfə yeniləmələrdən biri gözlənilən nəticəni verməyib.

Söhbət istifadəçilərin fotoşəkilləri orijinal keyfiyyətdə qarşı tərəfə göndərə bilməsindən gedir.

Məlumata görə, yeni funksiyanın işində nasazlıqlar hələ də var: “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edir.

“WhatsApp”ın vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.

Tezliklə yeniləmə ilə problemin aradan qalxacağı gözlənilir.

Yeri gəlmişkən, mesencerlər arasında “Telegram”ı digərlərindən üstün edən cəhəti şəkilləri orijinal keyfiyyətlə göndərmək funksiyasıdır. “WhatsApp” növbəti yeniliklə bu məsələdə də onu keçmək istəyirdi.

Oxu.Az