whatsapp-da-lazimli-yazisma-daim-gozunuzun-onunde-olacaq-foto

“WhatsApp”da lazımlı yazışma daim gözünüzün önündə olacaq - FOTO

Artıq “WhatsApp” mesencerində çatlarda mesajları sancaqlamaq mümkün olacaq.

Müvafiq funksiya “Android” üçün mesencerin beta versiyasında 2.23.13.11 nömrəsi altında işə salınacaq.

Artıq administrator istənilən mesajı çatın yuxarı hissəsinə sancaqlaya biləcək. Bununla da bütün üzvlər vacib məlumatlardan xəbərdar olacaqlar.

İstifadəçi mesajın nə qədər orada qalacağını da seçə biləcək - bir gün, bir həftə və ya bir ay. Bu müddətdən sonra post avtomatik olaraq çıxacaq.

Bundan əlavə, administrator istənilən vaxt mesajı müstəqil şəkildə ləğv edə bilər.

Müvəqqəti sancma funksiyası inkişaf mərhələsindədir və hələ geniş istifadəçilər üçün əlçatan deyil.

 

Oxu.Az