volkswagen-ve-jac-elektromobil-zavodu-tikdirir-750-milyon-yatirilacaq

“Volkswagen” və "JAC" elektromobil zavodu tikdirir - $750 milyon yatırılacaq

Alman avtokonserni “Volkswagen AG” və Çinin “Anhui Jianghuai Automobile” (JAC) şirkətinin birgə müəssisəsi elktromobil istehsal edən zavoda 750 milyon ABŞ dolları həcmində investisiya edəcək.

İnsider.az xəbər verir ki, cənub şəhər Xefeydə yerləşəcək zavodda ildə 100 000 ədəd tam elektrili avtomobil istehsal etmək mümkün olacaq.

İlk model “E20X” artıq bu il ərzində buraxılacaq.

©Finans.az