Aralarında Corc Soros və oğlu Aleksandr, “Facebook 2"-nin həmtəsisçisi Kris Hyuz, “Disney”-in nümayəndəsi Ebiqeyl Disney və digərlərinin də olduğu bir qrup amerikalı varlılar 2020-ci il ABŞ prezident seçkilərindəki namizədlərinə açıq məktub ünvanlayıblar.
İnsider.az-ın məlumatına görə, məktub müəllifləri partiyaya məxsusluqdan asılı olmayaraq, bütün namizədləri “zənginliyə - ən varlı amerikanların 1%-in ən varlı onuncu hissəsinin var-dövlətinə —- yəni bizlərə vergi tətbiq edilməsini dəstəkləmələrinə” səsləyiblər.
Onların sözlərinə görə, “zənginliyə qoyulacaq vergi iqlim dəyişikliyi problemlərini həll etməyə, iqtisadiyyatı möhkəmləndirməyə, millətin sağlamlıq problemlərini həll etməyə , geniş imkanlar yaratmağa və bizim demokratik azadlıqlarımızı möhkəmləndirməyə kömək edə bilər”.
Müəlliflər ABŞ-ın 75 min ən varlı ailəsinə vergi tətbiq etməyi təklif ediblər. Vergi qoyulmayan 50 milyon dollarlıq gəlir minimumu ilə vergi hər aktivin 1 dollarına 0,02 dollar və 1 milyard dolları keçən aktivlər üçün hər 1 dollara 0,01 dollar məbləğində əlavə vergi təşkil edilməlidir. Məktub müəlliflərinin qiymətləndirməsinə görə, belə sxem xəzinəyə 10 ilə 3 trilyon dollar qazanc gətirəcək.
Samirə Məmmədova