valyuta-herraci-kecirildi

Valyuta hərracı keçirildi

18 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İnsider.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 19,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

13 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 30,9 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 28 valyuta hərracında banklara cəmi 1 milyard 114,9 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.