09 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 07 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 67,2 milyon ABŞ dolları, 02 aprel 2020-ci il tarixində keçirilmiş hərracda 74,6 milyon ABŞ dolları, 31 mart 2020-ci il tarixində 95,6 milyon ABAŞ dolları, 29 mart 2020-ci il tarixində keçirilmiş növbədənkənar valyuta hərracında isə 106,5 milyon ABŞ dolları təşkil etmiş və tələb tam təmin edilmişdi.