valyuta-herraci-kecirildi-dollara-teleb-aciqlandi

Valyuta hərracı keçirildi - DOLLARA TƏLƏB AÇIQLANDI

27 oktyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərracda tələb 64,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 22 oktyabr 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 64,3 milyon ABŞ dolları təşkil etmişdi.