valeh-elesgerov-yeni-vezifeye-teyin-olunub-serencam

Valeh Ələsgərov yeni vəzifəyə təyin olunub - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "V.F.Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncama ilə, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Həmçinin “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.

Dəyişikliyə görə, Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.