ust-profilaktika-ucun-antibiotik-qebul-etmemeye-cagiris-edib

ÜST “profilaktika üçün” antibiotik qəbul etməməyə çağırış edib

Ümümdünya Səhiyyə Təşkilatının antimikrob preparatlarına dayanıqlıq məsələləri üzrə katibliyin direkroru Mark Şprenger bildirib ki, antibiotikləri ancaq resept üzrə satmaq lazımdır, çünki onların “profilaktika üçün” qəbulu bakteriyaların dərman vasitələrinə dayanıqlığını artırır.

İnsider.az bu barədə“RİA Novosti”-yə istinadla xəbər verir.

“Təmiz suyu olmayan çox kasıb ölkələrdə bəzən doğuşa hazırlaşan qadınlara antibiotik verirlər”, - Şprenger bildirib və əlavə edib ki, inkişaf etmiş ölkələrdə profilaktika üçün bu edilməməlidir.

Şprengerin sözlərinə görə, əhalini məlumatlandırmaq lazımdır ki, antibiotikləri yalnız həkim resepti üzrə qəbul etmək olar.

Samirə Məmmədova