umumi-daxili-mehsul-istehsali-artib

Ümumi daxili məhsul istehsalı artıb

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.

İnsider.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olmuşdur.