twitter-ilon-maska-mexsusdur-4-top-meneceri-isden-qovdu

Twitter İlon Maska məxsusdur: 4 top-meneceri işdən qovdu

Tesla və SpaceX-in baş direktoru İlon Mask, sosial media şirkəti Twitter-i 44 milyard dollara satın almağı başa çatdırıb. Maskın Twitter-in baş direktoru Parag Agrawal və Baş Maliyyə direktoru Ned Segal da daxil olmaqla 4 top-meneceri işdən çıxarıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tesla və SpaceX-in baş direktoru İlon Mask (Elon Musk), sosial media şirkəti Twitter-i 44 milyard dollara satın almağı başa çatdırıb.

Sözügedən xəbərlərdə, Maskın Twitter-in baş direktoru (CEO) Parag Agrawal-ı, baş maliyyə direktoru (CFO) Ned Segal-ı, baş hüquq və siyasət meneceri Vijaya Gadde-i və baş məsləhətçi Sean Edgett-i işdən çıxardığı qeyd edilib.

Xəbərlərə görə, Mask, təhlükəsizlik işçilərinin köməyilə şirkətin rəhbərliyini qollarından tutaraq Baş ofisdən çıxardıb. İlon Mask bildirib ki, o Twitter-i daha tez satın ala bilərdi, lakin işdən uzaqlaşdırılan şəxslər mane olduqlarına görə bu müddət uzanıb.

"Quş azaddır" 

İlon Mask Twitter səhifəsində "Quş azaddır" yazıb.

Əvvəllər Twitter-də 9,2 faiz pay alan Elon Musk aprelin 14-də bütün Twitter-i almaq üçün hər səhmi üzrə 54,2 dollardan olamqla 44 milyard dollar təklif etmişdi. 

CNBC-nin məlumatına görə, amerikalı sahibkar İlon Mask Twitter-in rəhbəri olub. Məlumatda qeyd edilir ki, Mask sosial şəbəkənin rəhbərliyini öz üzərinə götürüb. CNBC-nin məlumatına görə, Twitter-in baş direktoru Parag Agrawal və Baş maliyyə direktoru Ned Sehgal şirkətin San-Fransiskodakı baş ofisini tərk ediblər və geri qayıtmayacaqlar.

“Financial Times” məlumatlı mənbələrə istinadən yazır ki, Mask nəhayət sosial şəbəkəni əldə etmək üçün 44 milyard dollarlıq müqaviləni bağlayıb. Əgər sövdələşmə cümə günü bağlanmasaydı, Musk-a qarşı şirkətin başlatdığı məhkəmə prosesi başlaya bilərdi.

Bundan əvvəl sahibkar Twitter sosial şəbəkəsini almasını “bəşəriyyətə kömək etmək” istəyi ilə izah edib. Musk, Twitter-i "hamı üçün rahat və cəlbedici" etməyə çalışacağını vəd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Twitter sosial şəbəkəsinin İlon Maskın nəzarətinə keçməsindən sonra sahibkarı təbrik edib və bazar ertəsi onun hesabının mümkün bərpa olunacağını açıqlayıb.

"Twitter-i əldə etməsi münasibətilə Elon Maskı təbrik edirəm... Mənə məlumat verildi ki, hesabım bərpa olunacaq və bazar ertəsi fəaliyyətə başlayacaq. Görəcəyik", - Trampın mətbuat ofisinin açıqlamasında deyilir.

Marja