twitter-de-boyuk-metnler-paylasmaq-mumkun-olacaq-foto

“Twitter”də böyük mətnlər paylaşmaq mümkün olacaq - FOTO

“Twitter” tezliklə istifadəçilərə öz paylaşımlarında uzun mətn əlavə etməyə imkan verən yeni funksiyanı təqdim edəcək.

Bu barədə sosial şəbəkənin yeni sahibi İlon Mask yazıb.

O, funksiyanın nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, hələ cari ilin əvvəlində “Twitter”in daha uzun yazıları yerləşdirmək üçün “Məqalələr” funksiyası üzərində işlədiyi məlum olub.