twitter-daha-uzun-tweet-ler-yazmaga-imkan-verecek-foto

“Twitter” daha uzun “tweet”lər yazmağa imkan verəcək - FOTO

Amerikalı sahibkar, “Twitter”in yeni sahibi İlon Mask istifadəçinin sosial şəbəkədəki paylaşımlarda simvolların maksimum sayını artırmaq planları ilə bağlı sualını cavablandırıb.

O, “Twitter”də yazdığı şərhdə bu məlumatı təsdiqləyib.

“Twitter”in yazılardakı simvolların sayını 280-dən 4000-ə qədər artıracağı doğrudurmu?”, - istifadəçi Maskdan soruşub. “Bəli”, - deyə iş adamı cavab verib.