turkiyede-menzil-alan-azerbaycanlilar-artmaqda-davam-edir

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

İnsider.az xəbər verir ki,Türkiyənin Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. 2018-ci ilin Aprel ayında azərbaycanlılar Türkiyədə 68 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Aprel dövründə isə azərbaycanlılar Türkiyədə 374 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 257 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. Aprel ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   533 mənzil. İraqlıların ardınca 395 mənzil ilə Səudiyyə Ərəbistanı, 332 mənzil ilə İran, 202 mənzil ilə Küveyt və 202 mənzil ilə Rusiya vətəndaşları gəlirlər. 

Türkiyədə mənzil satışları 2019-cu ilin Aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 18,1% azalaraq 84 min 403 olub. Xaricilərə satışlar isə illik  82% artaraq 3 min 720 olub

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

©Marja