turkiye-ve-azerbaycan-arasinda-sexsiyyet-vesiqesi-ile-seyahetin-vaxti-aciqlandi

Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətin vaxtı AÇIQLANDI

2021-ci il aprelin 1-dən Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət başlayır.

Bu barədə Türkiyə Baş Polis İdarəsinin “Twitter” hesabında qeyd edilir.

“İki dövlət - bir millət! Türkiyə və Azərbaycan artıq daha yaxındır. İki ölkə vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə yeni şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılıb”, - deyə bildirilir.