turkiye-merkezi-banki-faiz-qerarini-aciqladi

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

İnsider.az xəbər verir ki, Bank faizi 8,25%-də sabit saxlayıb.

Proqnoz da Bankın faizdə dəyişiklik etməyəcəyi istiqamətində idi.

Türkiyə Mərkəzi Bankı, Dollar/TL məzənnəsində son dövrdə yaşanan yüksəlişin ardından bir sıra sərtləşdirmə addımı ataraq maliyyələşmə xərcini artırıb.

Mərkəzi Bankın internet saytında yerləşdirilmiş qərar mətnində "Sərtləşdirmə addımları makro-maliyyə sabitliyini dəstəklər" ifadəsi yer alıb.

Qərar açıqlandıqdan sonra Dollar/TL məzənnəsi 0,8% yüksələrək 7,3433 səviyyəsini görüb (Dollar bahalaşıb, Lirə ucuzlaşıb).

Marja