tramp-tiktok-un-abs-da-qadagan-edilmesini-qiymetlendirir

Tramp TikTok-un ABŞ-da qadağan edilməsini qiymətləndirir

ABŞ Prezidenti Donald Tramp, rəhbərlik etdiyi hökumətin Çinin qısa video tətbiqi TikTokun ölkəsində qadağan edilməsini qiymətləndirdiyini bildirib.

Bundan əvvəl ABŞ-ın Xarici işlər Naziri ana şirkəti ByteDance Ltd.  olan tətbiqi qadağan  edilməsinin düşünüldüyünü söyləmişdi.

İnsider.az xəbər verir ki, Tramp verdiyi müsahibəsində, Pompeonun sözlərinə dair, "Bəli bu düşündüyümüz bir şeydir. Bu böyük bir iş. Çinin virus ilə əlaqədar nə etdiyinə baxın, bu ölkəyə və bütün dünyaya etdikləri utancvericidir" deyib.

ABŞ Prezidenti, TikToku qadağan etmənin koronavirus ilə əlaqədar olaraq Pekin hökumətinə cavab vermək  üçün qiymətləndirilən bir neçə variantdan biri olduğunu söyləyib.

Marja