tramp-amerikalilari-5g-ile-temin-edeceyine-soz-verdi

Tramp amerikalıları 5G ilə təmin edəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp amerikalılara yaxın zamanda ölkə əhalisinin beşinci nəsil (5G) simsiz bağlantıya girişi olacağı ilə bağlı söz verib.

İnsider.az bu barədə “The New York Times”-a istinadla bildirir.

Amerikalı liderin sözlərinə görə, bu texnologiya “iyirmi birinci əsrdə ölkənin çiçəklənməsi və milli təhlükəsizlik təminatının ayrılmaz tərkib hissəsinə” çevrilməlidir.

Tramp əlavə edib ki, Çinlə gedən ticari müharibənin nəticəsi də bağlantı inkişafındakı uğurdan asılıdır.

Bundan başqa, ABŞ prezidenti qeyd edib ki, rəsmi Pekinin beşinci nəsil şəbəkəyə nəzarət etmək bacarığını təhlükə kimi dəyərləndirir, çünki onu ötürülən məlumatın təhlükəsiziyi naraht edir.

Bununla yanaşı Tramp “Huawei” kimi Çin şirkətlərinə bu cür şəbəkələrin quraşdırılmasını qadağa edəcək qanunların qəbul edilib-edilməyəcəyi barədə dəqiq heç nə söyləməyib.

Samirə Məmmədova