telegram-ios-ucun-olan-telegram-x-tetbiqine-desteyi-kesib

“Telegram” “iOS” üçün olan “Telegram X” tətbiqinə dəstəyi kəsib

“Telegram” “iOS” üçün olan “Telegram X” tətbiqinin dəstəyini tamam dayandırdığını elan edib. İnsider.az-ın məlumatına görə, bu barədə ismarış tətbiq istifadəçilərinə gəlib.

Şirkətdən verilən məlumata görə, “Telegram X”-in kodu əsas “Telegram” tətbiqinin kodu ilə birləşdirilib.

Tərtibatçılar istifadəçilərə “Telegram X”-ə dəstəyə görə təşəkkür ediblər və messencerin əsas tətbiqinə keçməyi təklif ediblər.

Qeyd edək ki, mayın əvvəlində “Telegram X” tətbiqi artıq “App Store”-dan itmişdi.

“Android” platformalı telefonlar üçün isə heç nə dəyişməyəcək: “Telegram X” tətbiqi əvvəlki kimi “Google Play”-də əlçatandır və istifadəçilər tətbiqin dəstəyinin kəsiləcəyinə dair mesaj almayıblar.

Xatırladaq ki, “Telegram X” 2017-ci ilin sonunda üzə çıxmışdı. Tətbiq “Swift” proqram dilində yazılmışdı. Bunun hesabına tətbiq “Objective-C”-də yazılmış orijinaldan tez çalışırdı. Ötən il isə “Telegram” özü də “Swift”-ə keçdi və “X” versiyası orijinalın dublikatı oldu.

Yeri gəlmişkən, bu dəyişiliklər “Android” üçün olan versiyaya toxunmadı, çünki bu versiya əvvəlcədən “TDLib” kitabxanaları vasitəsilə “Java”-da yazılmışdı.

Samirə Məmmədova