tebib-vaksin-vurulmus-sexslerin-6-ay-sonra-tekrar-vaksinasiyasi-ile-bagli-qerar-yoxdur

TƏBİB: Vaksin vurulmuş şəxslərin 6 ay sonra təkrar vaksinasiyası ilə bağlı qərar yoxdur

“Həm xəstəlik keçirtmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet nə qədər olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının bir ziyanı olmaz. N. Mustafayeva qeyd edib ki, hazırda vaksin vurulmuş şəxslərə 6 ay sonra yenidən vaksin vurdurulması ilə bağlı qərar yoxdur”.