suraxani-rayonunun-qaz-techizatinda-fasile-yaranacaq

Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq

“Qaraçuxur” qaz paylayıcı stansiyada (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.