starbucks-in-xalis-geliri-iki-defe-azalib

“Starbucks”-ın xalis gəliri iki dəfə azalıb

2018-2019-cu maliyyə ilinin (aprelin 1-i bitib) ilk yarımillik yekunları üzrə dünyanın ən iri qəhvəxana şəbəkəsi “Starbucks”-ın xalis gəliri illik ifadədə iki dəfə azalaraq, 1,423 milyard dollar təşkil edib.

İnsider.az bildirir ki, bu barədə şirkətin hesabatında deyilir.

Ötən ilin 2,05 dollarına (3,49 AZN) qarşı səhm üzrə gəlir 1,14 dollar (1,94 AZN) təşkil edib. Hesabat dövrü üçün şirkətin mənfəəti 6,9%, yəni 12,9 milyard dollara qədər yüksəlib.

Maliyyə ilinin ikinci rüb yekunları üzrə qəhvəxana şəbəkəsinin xalis gəlir artımı illik ifadədə 0,5%, yəni 663,2 milyon dollar təşkil edib. Ötən ilin 0,47 dollarına (0,80 AZN) qarşı “Starbucks”-ın səhm üzrə gəliri 0,53 dollar (0,90 AZN) təşkil edib. Rüblük mənfəət 6,306 milyard dollara qədər, yəni 4,5% artıb. Analitiklər göstəricinin qiymətini 6,32 milyard dollar səviyyəsində proqnozlaşdırırdılar.

1971-ci ildə Sietldə təsis edilmiş “Starbucks” bütün dünya üzrə 30 mindən çox qəhvəxana şəbəkəsini idarə edir.

Samirə Məmmədova