spacex-crew-dragon-un-ugursuz-sinagi-barede-xeber-verdi

“SpaceX” “Crew Dragon”-un uğursuz sınağı barədə xəbər verdi

Aprelin 20-si “Florida Today”-in fotoqrafı narıncı rəngdə tüstüyə fikir verib. Belə ki, tüstü “SpaceX Crew Dragon” gəmisinin sınaqdan keçdiyi Kanaveral burnundakı ABŞ-ın HHQ bazasının ərazisindən gəlirdi.

İnsider.azReuters”-ə istinadla xəbər verir ki, bir qədər sonra şirkət təmsilçiləri də mühərriklərin test edilmə zamanı sıradan çıxdığını deyərək, hadisəni təsdiqləyiblər. Onlar heç kimin zərər çəkmədiyini bildiriblər.

Şirkət artıq NASA-ı bu hadisə barədə xəbərdar edib.

“Biz elə buna görə testləri keçiririk. Biz bundan nəticə çıxarıb, lazımi dəyişiklikləri tətbiq edəcəyik və özəl pilotla idarə olunan kosmik gəmi proqramları üzərində işləməyə davam edəcəyik”, - deyə NASA-nın direktor Cim Braydenstayn qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin martın 3-də “Crew Dragon” avtomatik rejimdə Beynəlxalq Kosmik Stansiyasına qovuşub və Yer üzərinə geri dönüb.

Samirə Məmmədova