skandinaviya-hava-yollari-205-reysini-legv-edib

Skandinaviya Hava Yolları 205 reysini ləğv edib

Skandinaviya Hava Yollarının (SAS) pilotlarla davam etdirdiyi müqavilə danışıqlarının uzanması səbəbindən 205 reysin ləğv edildiyi açıqlanıb.

İnsider.az xəbər verir ki, səhmləri birjada ticarət olunan, Danimarka, İsveç və Norveç dövlətlərinin səhmdarları arasında yer aldığı Skandinaviya Hava Yolları, bu üç ölkədə ayrı-ayrı pilotlar ilə apardığı saziş danışıqlarının uzanması ilə əlaqədar, bu gün saat 12.00-a qədər 205 uçuşu ləğv etdiyini bildirib.

SAS-a etiraz edən pilotlar, danışıqlarda nəticə çıxmaması vəziyyətində tətilə gedəcəklərini açıqlayıblar.

Ləğv edilən reyslərin  əsasən Kopenhagen, Stokholm və Oslo uçuşları olduğu qeyd edilib.