seudiyye-erebistaninin-paytaxtinda-guclu-partlayis-bas-verdi-video

Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verdi - VİDEO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış olub.

“Reuters” xəbər verir ki, partlayış səsi hava limanının yaxınlığında eşidilib.

Partlayışın səbəbi məlum deyil, itki və tələfatlar barədə məlumat verilmir.

Sosial şəbəkələrdə şəhərin səmasında raket atılması ilə bağlı videolar paylaşılır.