satisa-cixarilan-sosial-menziller-ilk-40-saniyede-satilib

Satışa çıxarılan sosial mənzillər ilk 40 saniyədə satılıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzil bu gün saat 11:00-da satışa çıxarılıb.

İnsider.az xəbər verir ki, sosial evlər üçün müraciət edənlərin iddialarına görə mənzillər ilk dəqiqədə satılıb. Ekspert Osman Gündüz mənzillərin ilk 40 saniyədə, ilk mənzilin isə 4-5 saniyə ərzində satıldığını bildirib.

Mənzil üçün müraciət edənlərdən biri isə bu prosesi əks etdirən videonu "youtube" kanalında paylaşıb.