samsung-bu-saheye-116-milyard-dollar-yatirim-edecek

“Samsung” bu sahəyə 116 milyard dollar yatırım edəcək

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung Electronics” şirkəti 2030-cu ilə kimi loqistik mikrosxemlərin istehsalı biznesinə 133 trilyon von (116,4 milyard ABŞ dolları) investisiya edəcək.

İnsider.az xəbər verir ki, 73 trilyon von (63,9 milyard dollar) daxili tədqiqatlara, qalan vəsait isə istehsal infrastrukturuna yönəldiləcək.

Beləliklə bu sahəyə investisiyaların illik həcmi 11 trilyon von (9,6 milyard dollar) təşkil edəcək.

©Finans.az