saakasvili-gurcustanda-oldugunu-tesdiqleyen-video-yaydi-heyatimla-risk-edib-buraya-geldim

Saakaşvili Gürcüstanda olduğunu təsdiqləyən video yaydı - Həyatımla risk edib buraya gəldim

Eks-prezident Mixeil Saakaşvili feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb.

Videoda Batumi şəhəri əks olunub.

“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.

M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.