rusiyanin-valyuta-ehtiyatlari-oten-ay-3-milyard-dollardan-cox-artib

Rusiyanın valyuta ehtiyatları ötən ay 3 milyard dollardan çox artıb

Bu ilin aprel ayında Rusiyanın valyuta ehtiyatları 3,285 milyard ABŞ dolları və yaxud 0,67% artaraq mayın 1-nə 491,088 milyard dollar təşkil edib.

İnsider.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Bu ilin yanvar-aprel aylarında isə Rusiyanın valyuta ehtiyatları 4,8% və yaxud 22,593 milyard dollar artım nümayiş etdirib.

Xatırladaq ki, valyuta ehtiyatları Rusiya Bankına (Mərkəzi Bank) və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir. 

©“Report”