rusiyali-deputat-qarabagin-musteqilliyi-barede-sohbetler-novbeti-gerginliye-sebeb-ola-biler

Rusiyalı deputat: Qarabağın “müstəqilliyi” barədə söhbətlər növbəti gərginliyə səbəb ola bilər

Qərb ölkələrinin Qarabağdakı münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərən müəyyən faktlar var.

Bunu Rusiya Dövlət Dumasının deputatı, Parlamentin Beynəlxalq İşlər Komitəsinin üzvü Anton Morozov Media.az-a Fransa Senatının “Dağlıq Qarabağ Respublikasını” tanımaq barədə qətnaməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyası ətrafında çoxlu lokal münaqişə səbəbindən gərginliyin yaranmasında maraqlı olan dağıdıcı qüvvələrin işinin nəticəsi ola bilər.

“Ancaq bu, bizə lazım deyil. Biz postsovet məkanındakı müttəfiqlərimizdə hər şeyin sakit olmasında maraqlıyıq. Dağlıq Qarabağdakı vəziyyət xüsusilə vacibdir, çünki burada on illərdir davam edən uzunmüddətli münaqişə var idi. Rusiya Federasiyasının köməyilə bunu həll etməyimiz çox vacibdir”.

Politoloq, eyni zamanda, bu sülh təşəbbüslərinə dəstəyi səfərbər etməyin, Qərb ölkələrində beynəlxalq təşkilatlarda iş aparmağın vacibliyini vurğulayıb.

“Bəlkə də, məsələni BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirməyə, birgə, konsolidasiya qərar verməyə və BMT-nin himayəsi altında sülhməramlı əməliyyat aparmağa dəyər”, - deyə RF Dövlət Dumasının deputatı bildirib.

“Müstəqillik” barədə danışıqlara gəldikdə, Anton Morozov bunun Dağlıq Qarabağda daha bir gərginlik dalğası ilə nəticələnə biləcəyini vurğulayıb.