rusiyadan-simali-kipr-turk-cumhuriyyetine-birbasa-reysler-acilir

Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa reyslər açılır

ABŞ-ın Cənubi Kiprlə bağlı silah embarqosunun ləğvindən sonra Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) diplomatik müstəvidə yeniliklər ediblər.

Belə ki, Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa uçuşlar başlayır. Və noyabrın 15-də gerçəkləşdiriləcək ilk uçuş da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq. Eyni zamanda diplomatik mənbələrdən qeyd edilib ki, uçuşun reallaşdırılacağı Yeni Ercan hava limanının 15 noyabrda açılışı nəzərdə tutulur və işlərin bu tarixə qədər başa çatdırılmasına çalışılır.

Rusiyadan ŞKTC-yə birbaşa kommersiya reysləri tur operatorları vasitəsilə həyata keçiriləcək.  

Həmçinin bu istiqamətdə Türkiyə ilə Rusiya arasında danışıqların davam etdiyi qeyd olunur. ŞKTC və Türkiyə üçün diplomatik qələbə kimi qəbul edilən bu addımla bağlı məlumatın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

Oxu.Az